
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun gələn həftə Vaşinqtona səfər edəcəyini təsdiqləyib.
Primeinfo.az xəbər verir ki, Donald Tramp bu barədə Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda çıxışı zamanı bildirib.
“Netanyahu gələn həftə Vaşinqtona gələcək”, – deyə ABŞ Prezidenti vurğulayıb.
İsrail Baş nazirinin Ofisi daha əvvəl Netanyahunun iyulun 27-də ABŞ-yə səfər edəcəyini açıqlamışdı. Məlumata görə, iyulun 28-də onun Ağ Evdə Donald Trampla görüşü planlaşdırılır.