Xəbər axtarın

Son axtarış nəticələri:

Qara dənizdə Türkiyə gəmisinə DRON hücumu: Ölən və yaralananlar var - FOTO - VİDEO

23.07.2026 17:21

Qara dənizdə Türkiyə gəmisinə DRON hücumu: Ölən və yaralananlar var - FOTO - VİDEO

Qara dənizdə Türkiyə bayrağı altında üzən “MV Reyhan Sarı” yük gəmisi pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, kömür daşıyan gəmi hücum zamanı Rusiyanın Taman limanından Türkiyənin Trabzon şəhərinə doğru hərəkət edirmiş. Hadisə ilə bağlı ilk məlumatlar iyulun 22-də yayılıb.

Gəminin sahibi olan T&O Shipping Co. Ltd. şirkətinin açıqlamasına görə, hücum nəticəsində ekipaj üzvlərindən biri həlak olub, daha iki nəfər yaralanıb.

Gəmi zədələnsə də, öz gücü ilə Samsun limanına çata bilib. Yaralı dənizçilər isə helikopterlə sahilə təxliyə ediliblər.

Bu gün yerli KİV hadisə zamanı PUA tərəfindən çəkildiyi bildirilən görüntüləri yayımlayıb. Videoya əlavə olunan infoqrafikada pilotsuz aparatın Ukrayna Silahlı Qüvvələrinin operatorları tərəfindən idarə edildiyi iddia olunur.

İHA agentliyinin məlumatına görə, yaralı dənizçilər Trabzondakı xəstəxanaya yerləşdiriliblər. Həlak olan şəxsin isə gəminin maşın şöbəsində çalışan 54 yaşlı əməkdaş olduğu bildirilib.

Gəmi kapitanı Bülent Çamözü bildirib ki, hədəflərin əsasən yaşayış sahələri olması birbaşa insanların öldürülməsini hədəfləyən bir strategiyanın həyata keçirildiyini göstərir.

Qara dənizdə Türkiyə gəmisinə DRON hücumu: Ölən və yaralananlar var - FOTO - VİDEO Qara dənizdə Türkiyə gəmisinə DRON hücumu: Ölən və yaralananlar var - FOTO - VİDEO Qara dənizdə Türkiyə gəmisinə DRON hücumu: Ölən və yaralananlar var - FOTO - VİDEO Qara dənizdə Türkiyə gəmisinə DRON hücumu: Ölən və yaralananlar var - FOTO - VİDEO Qara dənizdə Türkiyə gəmisinə DRON hücumu: Ölən və yaralananlar var - FOTO - VİDEO

Paylaş: