Tokayev: Rusiya-Ukrayna münaqişəsinin mahiyyəti bizim üçün tam aydın deyil
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iyulun 25-də Rusiya və Qazaxıstanın XXII Regionlararası Əməkdaşlıq Forumunda iştirak etməzdən əvvəl Omskda Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı Ukrayna-Rusiya münaqişəsinin dondurulması və İstanbul danışıqları formatına qayıdılması ehtimalını gündəmə gətirib. Primeinfo.az xəbər verir ki,Tokayev bildirib ki, ona Avropa və ABŞ-dan Ukrayna ilə Rusiya arasında mövcud vəziyyətlə bağlı çoxsaylı siqnallar daxil olur. “Bilirsiniz, mənim fikrimcə, mən əvvəldən də demişəm ki, bu, dövlətlərarası münaqişədir.