Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğan Şavkat Mirziyoyevi COP31-ə dəvət edib

24.07.2026 18:10

Ərdoğan Şavkat Mirziyoyevi COP31-ə dəvət edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə telefon danışığı aparıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Telefon danışığı zamanı Türkiyə-Özbəkistan münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan oktyabrın 29-30-da Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, Mirziyoyevi noyabrın 11-12-də Antalyada keçiriləcək COP31 İqlim Sammitinə dəvət edib.

Paylaş: