
“Mən 52 ildir maşın sürürəm, bir dəfə də qəza etməmişəm. Amma 300 faiz cərimə gəlib mənə”.
Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Qırmızı masa” platformasında keçmiş maliyyə naziri, iqtisadçı Fikrət Yusifov bildirib.
İqtisadçı Natiq Cəfərli bu cərimənin heç bir məntiqi əsası olmadığını qeyd edib.
Jurnalist Aygün Muradxanlı isə onun bu fikrinə “məntiq vətəndaşa yükləmək, vətəndaşın cibindən pul çıxarmaq, vətəndaşa heç bir şərait yaratmadan, onu sürəkli dövlətə borclu etməkdir” deyib.
Maraqlı müzakirələrin davamını “Qırmızı masa”da izləyin: