
Rumıniya Prezidenti Nikuşor Dan bildirib ki, bu səhər ölkənin hava məkanında aşkarlanan daha bir pilotsuz uçuş aparatı F-16 qırıcısı tərəfindən məhv edilib.
Primeinfo.az xəbər verir ki,Rumıniya Prezidenti bu barədə X sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, PUA Dunay deltasında, Sfıntu-Qeorqe yaşayış məntəqəsindən təxminən 10 kilometr qərbdə vurulub.
Nikuşor Dan hadisə ilə bağlı məlumatların araşdırıldığını və aidiyyəti qurumların vəziyyəti izlədiyini qeyd edib.
Qeyd edək ki, Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı dünən ölkənin hava məkanını pozan pilotsuz uçuş aparatını (PUA) məhv edib.