
Aİ ilə Böyük Britaniya arasında xarici siyasət, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlıq heç vaxt indiki qədər mühüm olmayıb.
Primeinfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas “X”-də bildirib.
O, Böyük Britaniyanın yeni xarici işlər naziri Ed Milibandı vəzifəyə başlaması münasibətilə təbrik etdiyini və Manila şəhərində, ASEAN Regional Forumu ərəfəsində onunla görüş keçirdiyini bildirib: “Görüş zamanı Ukraynaya dəstəyimiz, naviqasiyası azadlığının qorunması, Yaxın Şərqdəki vəziyyət və ümumi geosiyasi mənzərə ətrafında fikir mübadiləsi apardıq. Əminəm ki, birlikdə səmərəli əməkdaşlıq edəcək və Avropa İttifaqı–Böyük Britaniya tərəfdaşlığını daha da gücləndirməyə davam edəcəyik”.