Xəbər axtarın

Son axtarış nəticələri:

İraq ABŞ konsulluğu yaxınlığında PUA vurub

25.07.2026 20:45

İraq ABŞ konsulluğu yaxınlığında PUA vurub

İraqın hava hücumundan müdafiə qüvvələri ölkənin şimalındakı Ərbil şəhərində pilotsuz uçuş aparatını vurub.

Primeinfo.az “Reuters“-a istinadən xəbər verir ki , bu barədə təhlükəsizlik sahəsindəki mənbələr məlumat veriblər.

Məlumata görə, hadisə İraqın muxtar Kürdüstan regionunun paytaxtı Ərbildə yerləşən ABŞ Baş Konsulluğunun yaxınlığında baş verib.

Hadisə nəticəsində dağıntı və ya xəsarət alanlarla bağlı hələlik məlumat açıqlanmayıb.

Paylaş: