
Göygöldə keçirlən Milli Yaylaq Festivalında quraşdırılmış çardaq uçaraq ərazidə olan insanların üzərinə aşıb.
Primeinfo.az xəbər verir ki, ilkin məlumata görə, xəsarət alanlar var.
Əraziyə təcili tibbi yardım briqadaları və aidiyyəti dövlət qurumlarının əməkdaşları cəlb olunub.
Yaralıya ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
***
İlkin məlumata görə, 4 nəfər xəsarət alıb.
Həmin şəxslər Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
***
Polis əməkdaşları ərazidə xəsarət alanların təxliyə olunması, nəqliyyət vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində xidmət aparır.
***
Yaylaq Festivalında xəsarət alan şəxslərdən bəzilərinin kimliyi məlum olub.
Belə ki, hadisə nəticəsində 1990-cı il təvəllüdlü Aytəmiz Oruci, Əli Məmmədzadə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
