Xəbər axtarın

Son axtarış nəticələri:

Banqladeş prezidenti istefa verdi

24.07.2026 16:26

Banqladeş prezidenti istefa verdi

Banqladeş prezidenti Məhəmməd Şahabuddin Çuppu iyulun 24-də istefa verməsi gözlənilir.

Primeinfo.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumatlı mənbəyə istinadən xəbər yayıb.

Məlumata görə, 76 yaşlı dövlət başçısı qərarı barədə artıq Baş nazir Tarik Rəhmana məlumat verib.

Banqladeş qanunvericiliyinə əsasən, prezidentin istefa ərizəsini parlamentin sədri Hafiz Uddin Əhməd qəbul etməlidir. Hazırda müalicə üçün Tailandda olan spikerin cümə günü paytaxt Dəkkəyə qayıdacağı və bundan sonra istefa prosedurunun rəsmiləşdiriləcəyi gözlənilir.

Şahabuddin Çuppu 2023-cü ilin aprel ayından bəri prezident vəzifəsində çalışır. 2024-cü ildə kütləvi tələbə etirazları fonunda Baş nazir Şeyx Hasinanın istefasından sonra Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus ölkənin müvəqqəti hökumətinə rəhbərlik etdi.

Ötən ilin dekabr ayında Şahabuddin Çuppu Reuters agentliyinə bildirmişdi ki, müvəqqəti hökumətin hərəkətlərindən utanaraq istefa vermək istəyir.

Paylaş: