Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Siyasi İcmasının (ASİ) İrəvanda keçiriləcək 8-ci iclası ərəfəsində ATƏT-in Baş katibi Ferudin Sinirlioğlunu İrəvanda qəbul edib. Primeinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyan Ermənistan və ATƏT arasında əməkdaşlığın, o cümlədən müxtəlif sahələrdə ölkənin potensialının gücləndirilməsinə yönəlmiş proqramların həyata keçirilməsi vasitəsilə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Sinirlioğlu Paşinyanı sammitin keçirilməsi münasibətilə təbrik edib.
“Mənim Vladimir Putinlə heç bir gizli görüşüm olmayıb. Sadəcə işgüzar nahar olub”. Primeinfo.az xəbər verir ki, bunu aprelin 9-da hökumətin iclasından sonra keçirilən brifinqdə Ermənistanın Baş naziri Nikol Pashinyan, onun Moskvaya son səfərindən sonra səsləndirilən tənqidi fikirlərə münasibət bildirərkən deyib.
İlham Əliyevin Kobaxidze ilə təkbətək görüşü olub – FOTO
Aprelin 3-də elm və təhsil naziri Emin Əmrullayev Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel ilə görüşüb. Bu barədə Primeinfo.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Görüş çərçivəsində Şimali Kipr Türk Respublikası ilə elm və təhsil sahəsində cari əməkdaşlıq, inkişaf perspektivləri müzakirə edilib.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin Qərb üzrə katibi Sibi Corcun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Primeinfo.az-a XİN-dən məlumat verilib. Görüş zamanı, Azərbaycan ilə Hindistan arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub, iqtisadi-ticarət əlaqələri, enerji, turizm və təhsil sahələrində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 2-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib. Primeinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə MDB-yə üzv ölkələrin müdafiə nazirləri fəxri qarovulun və hərbi orkestrin müşayiəti ilə Moskva şəhərindəki Qələbə abidəsinin önünə əklil və gül dəstələri qoyublar.
Prezident Cevdet Yılmazı qəbul edib – FOTO
Ermənistanın Baş naziri Nikol Paşinyanın və Azərbaycan Prezidenti İlham Əliyevin səyləri sayəsində İrəvan və Bakı arasında münasibətlərin sabitləşməsinə nail olunub. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya lideri Vladimir Putin Kremldə Paşinyanla görüşündə bildirib. Putin, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasında ABŞ Prezidenti Donald Trampın fəal iştirakını xatırladıb.
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparır.
Sahibə Qafarova Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri ilə görüşüb – FOTO