İlham Əliyevin Kobaxidze ilə təkbətək görüşü olub - FOTO
İlham Əliyevin Kobaxidze ilə təkbətək görüşü olub – FOTO
İlham Əliyevin Kobaxidze ilə təkbətək görüşü olub – FOTO
Aprelin 3-də elm və təhsil naziri Emin Əmrullayev Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel ilə görüşüb. Bu barədə Primeinfo.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Görüş çərçivəsində Şimali Kipr Türk Respublikası ilə elm və təhsil sahəsində cari əməkdaşlıq, inkişaf perspektivləri müzakirə edilib.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin Qərb üzrə katibi Sibi Corcun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Primeinfo.az-a XİN-dən məlumat verilib. Görüş zamanı, Azərbaycan ilə Hindistan arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub, iqtisadi-ticarət əlaqələri, enerji, turizm və təhsil sahələrində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 2-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib. Primeinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə MDB-yə üzv ölkələrin müdafiə nazirləri fəxri qarovulun və hərbi orkestrin müşayiəti ilə Moskva şəhərindəki Qələbə abidəsinin önünə əklil və gül dəstələri qoyublar.
Prezident Cevdet Yılmazı qəbul edib – FOTO
Ermənistanın Baş naziri Nikol Paşinyanın və Azərbaycan Prezidenti İlham Əliyevin səyləri sayəsində İrəvan və Bakı arasında münasibətlərin sabitləşməsinə nail olunub. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya lideri Vladimir Putin Kremldə Paşinyanla görüşündə bildirib. Putin, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasında ABŞ Prezidenti Donald Trampın fəal iştirakını xatırladıb.
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparır.
Sahibə Qafarova Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri ilə görüşüb – FOTO
ABŞ və İran arasında danışıqların Pakistanın paytaxtı İslamabadda keçirilməsi mümkündür. Primeinfo.az bildirir ki, bu barədə “Axios” xəbər verir. Nəşrin məlumatına görə, vasitəçilər tərəflərin həftənin sonuna doğru İslamabadda görüşünü təşkil etməyə çalışır.
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda HƏMAS Siyasi Bürosunun üzvləri ilə görüş keçirib. Primeinfo.az bu barədə Türkiyə mediasına istinadən bildirir. Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, görüşdə İsrailin Fələstində davam edən hücumları və digər məsələlər müzakirə edilib.