Xəbər axtarın

Son axtarış nəticələri:

Naxçıvan Ordusunun bölmələri Türkiyədə belə qarşılandı: Qardaşlarımız gəlib!  - FOTO

02.04.2026 22:11

Naxçıvan Ordusunun bölmələri Türkiyədə belə qarşılandı: Qardaşlarımız gəlib!  - FOTO

Naxçıvan Muxtar Respublikasının hərbi bölmələri Türkiyəyə səfər edib.

Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin sosial media hesabında bununla bağlı bildirilib:

“Qardaşlarımız gəlib!

14-cü Mexanikləşdirilmiş Piyada Briqadası Komandanlığında keçiriləcək “Heydər Əliyev-2026” təlimində iştirak edəcək Naxçıvan Ordu Komandanlığının bölmələri ölkəmizə gəlib.

5-ci Sərhəd Briqadası Komandanlığının şəxsi heyəti “Həsrət” körpüsü üzərində qardaşlarımızı qarşılayaraq bayraq mübadiləsi mərasimi keçirib”.

Naxçıvan Ordusunun bölmələri Türkiyədə belə qarşılandı: Qardaşlarımız gəlib!  - FOTO Naxçıvan Ordusunun bölmələri Türkiyədə belə qarşılandı: Qardaşlarımız gəlib!  - FOTO Naxçıvan Ordusunun bölmələri Türkiyədə belə qarşılandı: Qardaşlarımız gəlib!  - FOTO

Paylaş: