Xəbər axtarın

Son axtarış nəticələri:

Almaniya MN ABŞ-ın İrana qarşı hərbi dəstək çağırışını rədd edib

16.03.2026 18:31

Bu bizim müharibəmiz deyil.

Primeinfo.az “Reuters“-ə istinadən xəbər verir ki, bu sözləri Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-ın tərəfdaşlarından dəstək istəməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Pistorius ABŞ Prezidenti Donald Trampın İrana qarşı ABŞ-İsrail müharibəsində hərbi dəstək tələblərini rədd edib.

“Tramp bir neçə Avropa freqatının ABŞ-ın güclü donanmasının edə bilmədiyi işi görə biləcəyini gözləyir? Bu bizim müharibəmiz deyil və biz başlamamışıq”, – nazir qeyd edib.

Nazir Almaniya ordusunun Hörmüz boğazının təhlükəsizliyini təmin etməkdə iştirak etməyəcəyini bildirib.

Paylaş: