
Xalq əmin olmalıdır ki, istənilən bəd qüvvə onlara qarşı Azərbaycanın “Dəmir yumruğ”unu görəcək.
Primeinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının martın 5-də keçirilən iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan xalqı proseslərin gedişatı ilə əlaqədar məlumatlandırılacaq:
“Müdafiə Nazirliyinin açıqlaması artıq mətbuatda dərc edilib. Azərbaycan xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvə onlara qarşı bizim “Dəmir yumruğ”umuzu görəcək”.