Xəbər axtarın

Son axtarış nəticələri:

Xamneyi ilə vida mərasimi təxirə salınıb - YENİLƏNİB

04.03.2026 14:47

Xamneyi ilə vida mərasimi təxirə salınıb - YENİLƏNİB

Tehranda Ayətullah Seyid Əli Xamneyi ilə vida mərasimi təxirə salınıb.

Vida mərasiminin təxirə düşməsinin səbəbi açıqlanıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Tehran vilayətinin İslam Təbliğatının Koordinasiya Şurası məlumat yayıb.

İranın hər yerindən çoxsaylı müraciətlərin edilməsi, xalqın böyük hissəsinin iştirakını təmin etmək zərurəti, həmçinin mərasim üçün lazımi infrastrukturun hazırlanması səbəbindən Xamenei ilə vida mərasimi təxirə düşüb.

Bildirilib ki, vida mərasimin keçirilməsi üçün şərait hazır olan kimi İslam Təbliğatının Koordinasiya Şurası çağırış bəyanatını yayımlayacaq.

***

11:53

Bu gün İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyi ilə vida mərasimi başlayacaq.

Primeinfo.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, vida mərasimi bu gün axşam Tehranda başlayacaq və 3 gün 24 saat fasiləsiz davam edəcək.

Vida mərasimi yerli vaxtla saat 22:00-da İmam Xomeyni Müsəllasında başlayacaq.

Qeyd edək ki, Əli Xamneyi İsrailin hava hücumları nəticəsində öldürülüb.

 

Paylaş: