
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın sanksiyalarının ləğvi ehtimalından danışıb.
Primeinfo.az xəbər verir ki, NATO-nun Ankara sammitinin yekunları ilə bağlı TRT Haber-ə danışan Hakan Fidan CAATSA sanksiyaları (ABŞ-ın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi) və F-35-lə bağlı nazirlər səviyyəsində təmasların davam etdiyini bildirib.
“Biz müttəfiqlər arasında sanksiyaların olmasını istəmirik. Ümid edirəm ki, tezliklə razılığa gələ biləcəyik, hər hansı problem yaranmayacaq”, – Hakan Fidan qeyd edib.