
“Ukrayna yeni dronlar istehsal etməyə başlayıb. Hansı ki, bu dronların istehsal gücü günə 1000 ədəddir. Hətta ilin sonuna qədər istehsalın 6 dəfəyə qədər artacağı gözlənilir. Bu isə o deməkdir ki, hər gün Rusiya şəhərlərinə minlərlə yeni dron hücumu təşkil ediləcək. Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya Ukraynada qalib gələ bilmir və dalana dirənib”.
Primeinfo.az xəbər verir ki, bu sözləri Real Partiyasının sədri Natiq Cəfərli Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
“Tutaq ki, Rusiya Donbası işğal etsə belə bu heç nəyi dəyişməyəcək. Yenə də dron hücumları davam edəcək”, – deyə o əlavə edib.
Davamı “Qırmızı masa”da: