Xəbər axtarın

Son axtarış nəticələri:

Hacıqabulda sərnişin avtobusu aşıb, yaralananlar var - FOTO

12.07.2026 11:05

Hacıqabulda sərnişin avtobusu aşıb, yaralananlar var - FOTO

Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Primeinfo.az xəbər verir ki, qəza Bakı–Qazax magistral avtomobil yolunun Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zaqatala–Bakı marşrutu üzrə hərəkət edən iritutumlu sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb. Ilkin məlumata görə, hadisə nəticəsində 30-dan çox sərnişin, o cümlədən azyaşlılar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralıların hadisə yerindən təcili tibbi yardım briqadalarının köməyi ilə Şirvan və Hacıqabul rayon mərkəzi xəstəxanalarına çatdırılıblar.

Hacıqabulda sərnişin avtobusu aşıb, yaralananlar var - FOTO Hacıqabulda sərnişin avtobusu aşıb, yaralananlar var - FOTO

Faktla bağlı araşdırma aparılır.

Paylaş: