Xəbər axtarın

Son axtarış nəticələri:

TƏCİLİ: "İranla atəşkəs mənim üçün bitdi" - Tramp

08.07.2026 12:55

TƏCİLİ: "İranla atəşkəs mənim üçün bitdi" - Tramp

“İranla atəşkəs mənim üçün bitdi”.

Primeinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

O, İranla anlaşmanın vaxt itkisi olduğunu deyib:

“İranlılar çox pis insanlardır. Mən onları sevmirəm. Onlar şər adamlardır. İranla kifayət qədər vaxt itirdik və biz öz işimizi görməliyik”.

ABŞ lideri İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəklərini bir daha təkrarlayıb: “Onlar yalançıdır. Biz razılaşma əldə edirik və hər kəs razılaşır ki, nüvə silahı olmayacaq. Onlar mətbuata danışanda isə iddia edirlər ki, guya biz nüvə silahından danışmamışıq. Onların nəsə problemi var. Onlar xəstə adamlardır”.

Tramp onu da deyib ki, İranla danışıqlar davam edə bilər, amma bundan nəticə gözləmir.

Paylaş: