
2026-cı il dünya çempionatında 1/4 final mərhələsi davam edir.
Primeinfo.az xəbər verir ki, turun ikinci oyun gününə Los Ancelesdə start veriləcək.
Bu gün Bakı vaxtı ilə saat 23:00-da İspaniya millisi Belçika yığması ilə qarşılaşacaq.
DÇ-2026
1/4 final
10 iyul
23:00. İspaniya – Belçika
Baş hakim: Maykl Oliver (İngiltərə).
Qeyd edək ki, mərhələnin ilk görüşündə Fransa millisi Mərakeşi 2:0 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb. Bu raundda Norveç-İngiltərə, Argentina-İsveçrə oyunları da keçiriləcək.
DÇ-2026 iyulun 19-da başa çatacaq.