Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib - VİDEO 

11.07.2026 19:15

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib - VİDEO 

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən xilas edilib.

Bu barədə Primeinfo.az-a  FHN-dən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Səbail rayonunda yerləşən Dənizkənarı Milli Parkda bir nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Məlumat əsasında hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Dalğıcların keçirdiyi operativ xilasetmə əməliyyatı nəticəsində 1961-ci il təvəllüdlü Hacıyev İlqar Qəzənfər oğlu Dənizkənarı Bulvar İdarəsinin Mühafizə Xidmətinin əməkdaşının iştirakı ilə xilas olunub.

 

Paylaş: