Xəbər axtarın

Son axtarış nəticələri:

İcraçı direktor: BTQ ilk dəfə xarici dövlətin rəsmi qurumu ilə əməkdaşlıq memorandumu imzalayıb

11.07.2026 14:15

 

İcraçı direktor: BTQ ilk dəfə xarici dövlətin rəsmi qurumu ilə əməkdaşlıq memorandumu imzalayıb

Bakı Təşəbbüs Qrupunun təcrübəsində ilk dəfədir ki, əməkdaşlığa dair memorandum xarici dövlətin rəsmi qurumu ilə imzalanır.

Primeinfo.az xəbər verir ki, bu fikri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Burkina Faso Xarici İşlər Nazirliyinin Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu (INHEI) ilə anlaşma memorandumunun imzalanmasından sonra media nümayəndələrinin suallarını cavablandırarkən səsləndirib. O bildirib ki, Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu 2015–2016-cı illərə qədər Diplomatik Akademiya kimi fəaliyyət göstərib, sonradan dövlət institutuna çevrilib. Hazırda institutda Burkina Fasonun diplomatları üçün təlim proqramları həyata keçirilir.

İcraçı direktorun sözlərinə görə, memorandum çərçivəsində tərəflər bu il birgə təlimlərin təşkili və müxtəlif analitik hesabatların hazırlanmasını nəzərdə tuturlar. Növbəti mərhələdə isə dekolonizasiya prosesinə qoşulmaq istəyən hüquqşünasların, beynəlxalq ekspertlərin və xarici tələbələrin təlim proqramlarına cəlb edilməsi planlaşdırılır.

Abbas Abbasov qeyd edib ki, əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi nəzərdə tutulur: “Bu anlaşma memorandumu vasitəsilə Afrikanın digər ölkələrinin də əməkdaşlığa cəlb olunmasını hədəfləyirik. Gələcəkdə yalnız dövlət qurumları və dövlət institutları ilə deyil, həmçinin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq memorandumlarının imzalanması planlaşdırılır”.

Paylaş: