Xəbər axtarın

Son axtarış nəticələri:

Ötən gün 47 cinayətin açılması təmin olunub

11.07.2026 11:45

Ötən gün 47 cinayətin açılması təmin olunub

İyulun 10-da ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

⁠Axtarışda olduğuna görə ümumilikdə 83, o cümlədən borclu şəxs qismində axtarışda olan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

⁠Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

⁠Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

Paylaş: