Xəbər axtarın

Son axtarış nəticələri:

Aydın Tağıyevin “Qələbənin Memarı: cənab Ali Baş Komandan" kitabı təqdim olundu - FOTO

11.07.2026 17:45

Aydın Tağıyevin “Qələbənin Memarı: cənab Ali Baş Komandan" kitabı təqdim olundu - FOTO

Bu gün yazıçı-publisist Aydın Tağıyevin “Qələbənin Memarı: cənab Ali Baş Komandan – 100 illik imza! Bənzərsiz tarix” adlı kitabının təqdimat mərasimi keçirilib.

Primeinfo.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ardınca ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aydın Tağıyev kitabın ərsəyə gəlməsi, əsərin ideya xətti və tarixi əhəmiyyəti barədə ətraflı məlumat verib.

O bildirib ki, bu əsər Azərbaycan xalqının şanlı Zəfər tarixinin, Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasi iradəsinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və xalq–ordu–lider birliyinin gələcək nəsillərə çatdırılması məqsədilə qələmə alınıb. Müəllif, həmçinin qeyd edib ki, tarixi hadisələr dəqiq faktlar, rəsmi sənədlər əsasında sistemləşdirilən kitab, yalnız bir nəşr deyil, həm də müstəqil Azərbaycanın Zəfər salnaməsini əks etdirən qiymətli tarixi mənbədir. O vurğulayıb ki, hər bir xalq öz qəhrəmanlıq tarixini yaşatmalı, milli yaddaşını qorumalı və gələcək nəsillərə olduğu kimi ötürməlidir.

Təqdimat mərasimində həmçinin kitabın baş redaktorlarından Turan Beynəlxalq Araşdırmalar İnstitutunun rəhbəri Rəşad Abbaszadə, Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin dekanı Mürtəza Həsənov, Əməkdar hüquqşünas, Ədliyyə general-mayoru Akif Rəfiyev, fəlsəfə elmləri namizədi Qəmər Mürşüdlü, tarix üzrə fəlsəfə doktoru Məmmədağa Baxışov, Heydər Əliyev adına Hərbi İnstitutun professoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Ramid Hüseynov, Naxçıvan Dövlət Universitetinin professoru Sevinc Abbasova da çıxış edib.

Tədbirin koordinatoru Ülvi Əlişov çıxış edərək hazırlıq prosesindən danışıb, könüllülərin əməyini xüsusi vurğulayıb.

Ardınca kitabın redaksiya heyəti – baş redaktor Aişə Baxşiyeva, məsul redaktor Əfsanə Nəcəfova və redaktor Fəridə Ağazadə çıxış ediblər.

Sonda müəllif Aydın Tağıyev könüllülərin suallarını cavablandırıb, imzalı kitablar oxuculara təqdim olunub.

Paylaş: