İlham Əliyev: Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb
Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb yaxın keçmişdə.
Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb yaxın keçmişdə.
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Proqram çərçivəsində iyulun 8-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə ilk köç olub. Primeinfo.az xəbər verir ki, ilkin mərhələdə kəndə 51 nəfərdən ibarət 15 ailə köçürülüb.