
Futbol üzrə dünya çempionatında (DÇ-2026) daha bir yarımfinalçının adı məlum olub.
Primeinfo.az xəbər verir ki, Mayami stadionunda keçirilən matçda İngiltərə millisi əlavə vaxtın yekununda Norveçə 2:1 hesabı ilə qalib gəlib.
Hesabı 36-cı dəqiqədə norveçli Andreas Şelderup açıb. 45+2-ci dəqiqədə Cud Bellinqem hesabı bərabərləşdirib və matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.