Xəbər axtarın

Son axtarış nəticələri:

Barış və Savaş

07.07.2026 16:10

Barış və Savaş
Prezident Ərdoğan NATO zirvəsi üçün Ankaraya gələn Trampı Türkiyə torpağına ayaq basarkən şəxsən qarşıladı.

Gəlmirdi.

“Ərdoğana görə gedəcəyəm” dedi və gəldi.

Ayaqüstü səmimi bir söhbət gördük. 2 dost necə hal-əhval tutursa, elə bir görüşmə.

Çox maraqlıdır…

İki ölkə arasında yetərincə gərgin məqamlar var. Türkiyənin NATO içərisində də razı qalmadığı məsələlər az deyil. Prezident Ərdoğan başda olmaqla, Türkiyə rəsmiləri bu haqda ən sərt bəyanatlar veriblər. NATO-dan çıxma çağırışları belə səslənib.

Üstəlik, İrana münasibətdə 180 dərəcə fərqlə.

Barış və Savaş

Siyasətdə liderlərin güc anlayışı var. Uluslararası hüququn çoxdan iflas etdiyi dünyada böhranları liderlər çözürlər.

Amma həm də yaradırlar.

Təəssüf ki…

Ərdoğan mümkün qədər savaşları ədalətli şəkildə dayandıran, Tramp kataklizmlər yaradıb yeni müharibələri alovlandıran lider kimi tarixə düşüb.

Prezident Ərdoğan Trampın dalana dirəndiyi bölgənin lideridir.

Tramp NATO içərisində Türkiyəyə daha geniş rol verərək ABŞ-nin dalandan çıxışına yardım almağa niyyətlidir sanki…

İsrailin, Netanyahunun ipini çəksə, nədən olmasın?

Səbri və həmlə qabiliyyəti fövqəladə yüksək olan Ərdoğan o anı təbii yaxalayacaq.

İnşallah!

Aygün Muradxanlı, baş redaktor

Paylaş: