Xəbər axtarın

Son axtarış nəticələri:

"Türkiyə çox güclü hərbi ölkəyə çevrilib" - Tramp Ərdoğanı təriflədi

07.07.2026 17:33

"Türkiyə çox güclü hərbi ölkəyə çevrilib" - Tramp Ərdoğanı təriflədi
ABŞ Prezidenti Donald Trump Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə münasibətlərini “çox yaxın dostluq” kimi xarakterizə edib və Türkiyənin son illərdə hərbi baxımdan xeyli gücləndiyini bildirib.

Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, Donald Tramp çıxışı zamanı Ərdoğanın rəhbərliyi dövründə Türkiyənin mühüm uğurlar əldə etdiyini vurğulayıb.

“Prezident (Ərdoğan) inanılmaz iş görüb. Onun rəhbərliyi dövründə Türkiyə hərbi baxımdan çox güclü ölkəyə çevrilib. İnsanlar onların əslində nə qədər güclü olduqlarını bilmirlər. Onların əla əsgərləri var”, – deyə ABŞ prezidenti bildirib.

Tramp qeyd edib ki, tərəflər arasında keçiriləcək görüşdə ticarət əlaqələri ilə yanaşı, hərbi əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunacaq.

“Bu gün biz ticarətdən danışacağıq. Eyni zamanda hərbi sahə ilə bağlı və müxtəlif digər məsələləri də müzakirə edəcəyik”, – deyə o əlavə edib.

Paylaş: