Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan neftinin qiyməti 86 dolları ötüb

04.03.2026 10:12

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Primeinfo.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,56 ABŞ dolları və ya 8,2% bahalaşaraq 86,16 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 79,6 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Paylaş: