
“Türkiyə və ya Azərbaycan hava məkanında istiqamətini və ya yolunu itirmiş raket görmək istəmirik”.
Primeinfo.az “Haber Global”a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli deyib.
O bununla bağlı İrana xəbərdarlıq edib. Həmçinin Türkiyə və Azərbaycan arasında təxribat xarakterli davranışları qətiyyətlə rədd etdiyini bildirib:
“Türkiyə qonşuluq hüququnu qorumaq istəyir. Lakin Türkiyə elə bir ölkə deyil ki, istəyən raket atsın. Bunu açıq şəkildə bildiririk. Bir daha Türkiyə və ya Azərbaycan hava məkanında istiqamətini və yolunu itirmiş bir raket görmək istəmirik”.
Qeyd edək ki, İrandan müxtəlif vaxtlarda Türkiyə hava məkanına daxil olan iki raket NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.