Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Müctəba Xamneyi

Xamneyi: "Körfəz ölkələri artıq ABŞ bazaları üçün sipər olmayacaq"

Xamneyi: "Körfəz ölkələri artıq ABŞ bazaları üçün sipər olmayacaq"

Region ölkələri daha ABŞ bazalarına qalxan olmayacaq. Primeinfo.az xəbər verir ki, bunu İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei Həcc ziyarəti ilə bağlı ictimaiyyətə yazılı mesajında bildirib. İranın Ali Rəhbəri Tehran və Vaşinqton üç aydır davam edən müharibəyə son qoymaq üçün danışıqlar apardığı bir vaxtda Körfəz ölkələrinin artıq ABŞ bazaları üçün sipər olmayacağını qeyd edib.

İran Səhiyyə Nazirliyindən Xamneyinin səhhəti ilə bağlı AÇIQLAMA

İran Səhiyyə Nazirliyindən Xamneyinin səhhəti ilə bağlı AÇIQLAMA

İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamneyi üz, baş və ayaq nahiyələrindən yüngül xəsarətlər alıb. Primeinfo.az-ın məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin rəhbəri Hüseyn Kərmanpur bildirib. Kərmanpurun sözlərinə görə, ilkin təsəvvür belə olub ki, bu cür bombardmandan çıxan birinin bədənində ciddi xəsarətlər olmalıdır, lakin üz, baş və ayaqlardakı səthi zədələr istisna olmaqla, başqa heç bir ciddi hal qeydə alınmayıb və yalnız bir-iki tikişin qoyulmasına ehtiyac olub.

Müctəba Xamneyidən xəbər: Huşsuz və ağır VƏZİYYƏTDƏDİR

Müctəba Xamneyidən xəbər: Huşsuz və ağır VƏZİYYƏTDƏDİR

“İranın yeni Ali Lideri Müctəba Xamneyinin vəziyyəti ağırdır və Qum şəhərində müalicə alır”. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “The Times” qəzeti yazıb. Qəzet ABŞ və İsrail kəşfiyyatının məlumatlarına əsaslanan sənədi əldə edib.

Xamneyi Rusiyaya gedib?

Xamneyi Rusiyaya gedib?

“İranın yeni Ali Lideri Müctəba Xamneyinin Rusiyaya getməsi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir, aldığı yaralar isə onun işinə mane olmur”. Primeinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” diplomatik mənbəyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, İranın yeni Ali Lideri Rusiyada “hətta bir neçə saat belə” olmayıb.

Müctəba Xamneyi ABŞ ilə danışıqlara razılıq verib - DETALLAR

Müctəba Xamneyi ABŞ ilə danışıqlara razılıq verib - DETALLAR

İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin ali lideri Müctəba Xamneyinin ABŞ ilə potensial razılaşma barədə danışıqların aparılmasını təsdiqlədiyi barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffu gizli şəkildə məlumatlandırıb.

Tramp Müctəba Xamneyini tanımır

Tramp Müctəba Xamneyini tanımır

ABŞ Prezidenti Donald Tramp jurnalistlərə verdiyi son müsahibəsində İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin legitimliyini və hazırkı statusunu kəskin şəkildə şübhə altına alıb. Ağ Ev rəhbəri Müctəba Xameneinin hazırda harada olduğunun bilinmədiyini, heç bir yerdə görünmədiyini və faktiki olaraq qərar qəbul etmək iqtidarında olmadığını vurğulayaraq, “O, əlçatmazdır, heç kim onunla nə baş verdiyini bilmir, mən onu lider hesab etmirəm” deyə bəyan edib. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, Trampın çıxışında nüvə sazişi ilə bağlı da mühüm detallar yer alıb.