Xəbər axtarın

Son axtarış nəticələri:

Əraqçi və Qalibaf Qətərə gediblər - YENİLƏNİB

25.05.2026 18:12

Əraqçi və Qalibaf Qətərə gediblər - YENİLƏNİB

İranın xarici işlər naziri Abbas Əraqçi və parlamentin spikeri Məhəmmədbaqir Qalibafın Qətərə səfər etdiyinə dair xəbər təsdiqlənib.

Primeinfo.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Bildirilib ki, İran nümayəndə heyəti Əraqçi və Qalibafın rəhbərliyi ilə Qətərə səfər edib.

Səfər zamanı Qətər rəsmiləri ilə İran-ABŞ müharibəsinin sonlandırılması ilə bağlı məsələlərin müzakirə ediləcəyi qeyd olunub.

***

16:35

İran parlamentinin spikeri Məhəmmədbaqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi Qətərə səfər edib.

Primeinfo.az “Reuters“ə istinadən xəbər verir ki, iranlı nümayəndələr paytaxt Dohada Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüşəcəklər.

Görüşün gündəliyində İran-ABŞ müharibəsinin sonlandırılması, Hörmüz boğazı və zənginləşdirilmiş uran maddəsi olacaq.

Qeyd edək ki, bundan əvvəl İranın Mərkəzi Bankının direktoru Əbdülnasir Hemmətinin Qətərə səfər etdiyi və İranın bloklanmış aktivlərinin azad edilməsinin müzakirə olunacağı bildirilib.

Paylaş: