Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanla İran arasında ticarət dövriyyəsi ARTIB

25.05.2026 15:43

Azərbaycanla İran arasında ticarət dövriyyəsi ARTIB

Cari ilin yanvar-aprel aylarında Azərbaycan və İran arasında ticarət dövriyyəsinin dəyəri 223 milyon 563 min ABŞ dolları təşkil edib. 

Primeinfo.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, yanvar-mart aylarında isə bu göstərici Azərbaycan və İran arasında ticarət dövriyyəsinin dəyəri 169 milyon 532 min ABŞ dolları olub.

Belə ki, hesabat dövründə Azərbaycanın İrana ixracının həcmi 6 milyon 207 min 440 ABŞ dolları təşkil edib. Bu, ümumi ixracın 0,05 faizinə bərabər olub.

Eyni dövrdə İrandan Azərbaycana idxalın həcmi isə 217 milyon 355 min 570 ABŞ dolları olub. Bu göstərici ümumi idxalın 3,93 faizini təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan və İran arasında ticarət dövriyyəsinin dəyəri 204 milyon 543 min ABŞ dolları olub.

Paylaş: