
İranın xarici işlər naziri Abbas Əraqçi viza problemlərinə görə Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında iştirak edə bilməyəcək.
Primeinfo.az IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai brifinq zamanı bildirib.
“ABŞ vizaları ilə bağlı da problemimiz yaranıb. BMT Təhlükəsizlik Şurasının iclası, anladığım qədərilə, sabah və ya biri günə planlaşdırılıb, buna görə də bu səfər baş tutmayacaq”, – o qeyd edib.