
2026-cı ilin birinci rübündə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında istehsalın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz artaraq 883 milyon manata çatıb.
Bu barədə Primeinfo.az-a İZİA-dan bildirilib.
Məlumata görə, bu dövrdə istehsal olunan məhsulların 259 milyon manatlıq hissəsi ixrac edilib, sənaye zonalarına isə 158,7 milyon manat investisiya yatırılıb.