
“Düşünürəm ki, Çin bütün hallarda İranı himayə edir və bundan sonra da edəcək. Heç bir halda İranı arxasız, silahsız qoymayacaq. Trampın Çin səfəri eyni zamanda o dövləti qlobal güc olaraq qəbul etməsi anlamına gəldi. İran məsələsində isə heç də hər şey göründüyü kimi deyil”.
Primeinfo.az xəbər verir ki, bu sözləri hüquqşünas, siyasətçi Əli Mustafa Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
“Ola bilsin ki, Pekin Vaşinqtonla hansısa formal razılığa gəlsin, amma pərdəarxasında dəstək yenə də davam edəcək”, – deyə o əlavə edib.
Davamı “Qırmızı masa”da: