Xəbər axtarın

Son axtarış nəticələri:

Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirildi

25.05.2026 12:54

Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirildi

Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranovun cənazəsi Azərbaycana gətirilib.

Primeinfo.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, diplomat bu gün Göyçayda dəfn olunacaq.

***

12:27

İran Xarici İşlər Nazirliyi Azərbaycanın Təbrizdəki konsulunun həlak olduğu yol qəzası ilə bağlı başsağlığı verib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü bildirib ki, Konsulluq İdarəsi Azərbaycan səfirliyi ilə əlaqə saxlayıb.

Onun sözlərinə görə, diplomatın nəşinin göndərilməsi üçün koordinasiya aparılıb.

O, bu hadisəyə görə təəssüfləndiklərini qeyd edib.

XİN sözçüsü vurğulayıb ki, İran zəruri prosedurların icrası və nəşin göndərilməsi üçün yardım göstərməyə hazırdır.

Qeyd edək ki, Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov mayın 23-də xidməti fəaliyyətini yerinə yetirərkən Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında avtomobil qəzasında ölüb.

Paylaş: