Xəbər axtarın

Son axtarış nəticələri:

Qalib Əbdüləliyev: "134 ünvanda heyvan kəsimi və satışı məntəqəsi yaradılıb"

25.05.2026 13:25

Qalib Əbdüləliyev: "134 ünvanda heyvan kəsimi və satışı məntəqəsi yaradılıb"

Mayın 27-28-də ölkəmizdə müqəddəs Qurban bayramı qeyd olunacaq. Bayrama hazırlıq işləri artıq başa çatıb.

Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Qurban bayramına həsr olunmuş brifinqdə deyib.

O bildirib ki, təcrübəyə uyğun olaraq qurbanlıq heyvanların satışı və kəsimi aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə əvvəlcədən müəyyən edilmiş ünvanlarda təşkil olunacaq:”Qurbanlıq heyvan kəsimi və satışının sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq.

Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Qeyd etməliyəm ki, ilbəil sanitar-gigiyenik tələblərə cavab verməyən yerlərdə heyvanların kəsilməsində azalma dinamikası müşahidə olunur. Ümid edirik ki, bu il də eyni nəticəyə nail olacağıq”.

Paylaş: