Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: bayram günləri

Bayram günlərinin havası AÇIQLANIB

Bayram günlərinin havası AÇIQLANIB

Bayram günlərində (mayın 27-28-29-da) ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında mayın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Bayram günlərində fövqəladə hadisələrə çevik reaksiya veriləcək - FHN

Bayram günlərində fövqəladə hadisələrə çevik reaksiya veriləcək - FHN

Fövqəladə Hallar Nazirliyi (FHN) Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə Primeinfo.az-a FHN-dən məlumat verilib. Bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun bununla bağlı imzaladığı əmrə əsasən, Qurban bayramı və 28 May – Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərində baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin daha etibarlı təmin olunması məqsədilə nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

Avtovağzaldan 3157 reys həyata keçirilib - AYNA

Avtovağzaldan 3157 reys həyata keçirilib - AYNA

Gücləndirilmiş rejimin 12 günü ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 3157 reys həyata keçirilib, 84 135 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 450-dən çox reys həyata keçirilib.

FHN: Bayram günlərində baş vermiş hadisələrdə 13 nəfər ölüb - VİDEO

FHN: Bayram günlərində baş vermiş hadisələrdə 13 nəfər ölüb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən Ramazan və Novruz bayramları ilə əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 380 yanğına çıxış, 5 avtonəqliyyat qəzası, 3 partlayış faktı və subasmalarla bağlı qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Bayram günlərində internet xidmətləri gücləndiriləcək

Bayram günlərində internet xidmətləri gücləndiriləcək

Azərbaycanda fəaliyyət göstərən telekommunikasiya operator və provayderlərinə Novruz və Ramazan bayramları ilə əlaqədar qeyri-iş günlərində xidmət keyfiyyətinin qorunması və davamlılığının təmin edilməsi ilə bağlı tövsiyələr ünvanlanıb. Bu barədə Primeinfo.az-a İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) bildirilib. Qeyd edilib ki, bayram günlərində abunəçilərə fasiləsiz xidmət göstərilməsi, eləcə də yarana biləcək texniki nasazlıqlara operativ müdaxilə edilməsi məqsədilə növbətçi heyətlərin təşkili təmin olunmalıdır.

Bakı metrosunun bayram günlərində iş qrafiki DƏYİŞƏCƏK - FOTO

Bakı metrosunun bayram günlərində iş qrafiki DƏYİŞƏCƏK - FOTO

Novruz və Ramazan bayramları ilə əlaqədar Bakı Metropoliteninin iş rejimi dəyişdiriləcək. Primeinfo.az-a bu barədə Metropolitendən bildirilib. Qeyd edilib ki, Metropolitenin paytaxtda keçirilən mədəni-kütləvi tədbirlər planına uyğun olaraq, bayram günlərində gücləndirilmiş iş qrafiki tətbiq ediləcək.

Bakı-Ağdam-Bakı istiqamətində əlavə relslər təyin edilir - CƏDVƏL

Bakı-Ağdam-Bakı istiqamətində əlavə relslər təyin edilir - CƏDVƏL

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Novruz bayramı münasibətilə Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib. “Azərbaycan Dəmir Yolları” QSC-dən Primeinfo.az-a verilən məlumata görə, 21, 23, 25 və 28 mart tarixlərində bu marşrut üzrə hər iki istiqamətə səfər etmək mümkün olacaq. Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.

ADY bayram günlərində əlavə qatar reysləri təyin edir - FOTO

ADY bayram günlərində əlavə qatar reysləri təyin edir - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə ölkədaxili marşrutlar üzrə əlavə qatar reysləri təyin edib. “Azərbaycan Dəmir Yolları” QSC-dən Primeinfo.az-a verilən məlumata görə, 20-30 mart tarixlərində hər gün Bakı-Qəbələ-Bakı; 19-30 mart tarixlərində hər gün Bakı-Ağstafa-Bakı; 23 və 25 martda isə Bakı-Ağdam-Bakı marşrutu ilə səfərlər təşkil olunacaq. “Bakı-Ağstafa-Bakı qatarlarına biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz”, – məlumatda bildirilir.