
İranda keçmiş qarışıq döyüş sənətləri (MMA) çempionu, beynəlxalq hakim Qolamrza Xani Şəkərab İsrail kəşfiyyatı ilə əməkdaşlıqda və casusluqda təqsirli bilinərək edam edilib.
Primeinfo.az Report-a istinadən xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, İran hakimiyyəti Şəkərabı İsrailin “Mossad” kəşfiyyat xidməti ilə əməkdaşlıqda və təxribat şəbəkəsinin fəaliyyətində iştırakda təqsirli bilib.
Hökm ölkənin məhkəmə instansiyaları tərəfindən təsdiqləndikdən sonra icra olunub.
Qeyd edək ki, 34 yaşlı Qolamrza Xani Şəkərab keçmiş MMA çempionu, məşqçi və beynəlxalq hakim olub. O, həbsdən əvvəl Türkiyədə yaşayırdı və ötən il İraqa səfəri zamanı İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdı.