Xəbər axtarın

Son axtarış nəticələri:

Hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib - FOTO

25.05.2026 10:44

Hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib - FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2026-cı il üçün təsdiq etdiyi hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir qrup hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib. 

Primeinfo.az-a bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində keçirilən toplanışın əsas məqsədi iştirakçıların hərbi hazırlığının və nəzəri biliklərinin artırılması, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Toplanış zamanı hərbi vəzifəlilərlə atəş, taktiki, sıra, fiziki, ictimai-siyasi və digər hazırlıqlar üzrə məşğələlər keçirilib, eləcə də vətənpərvərlik istiqamətində maarifləndirici söhbətlər aparılıb.

Hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib - FOTO Hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib - FOTO Hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib - FOTO

Paylaş: