Xəbər axtarın

Son axtarış nəticələri:

Yeni minib-düşmə yerləri yaradılıb - AYNA - FOTO

25.05.2026 15:27

Yeni minib-düşmə yerləri yaradılıb - AYNA - FOTO

Paytaxtın Səməd Vurğun və Mərdanov qardaşları küçələrində mövcud küçə parklanma yerlərinin bir hissəsi ləğv olunaraq yaxınlıqda yerləşən tibb müəssisələrinə gələnlər üçün əlavə şərait yaradılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Primeinfo.az-a bildirilib ki, Səməd Vurğun küçəsi, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının qarşısında “3.28” – “durmaq qadağandır” yol nişanı quraşdırılaraq minib-düşmə yeri təşkil olunub. Eyni zamanda “5.14” – “minik taksilərinin duracaq yeri” yol nişanı yerləşdirilməklə taksilərin sərnişinləri düşürmələri üçün şərait yaradılıb.

Qeyd edək ki, Mərdanov qardaşları küçəsi, Respublika Pediatriya Mərkəzinin və Kliniki Tibbi Mərkəzin qarşılarında “3.28” – “durmaq qadağandır” nişanları quraşdırılaraq minib-düşmə yerləri təşkil edilib.

Paylaş: