Xəbər axtarın

Son axtarış nəticələri:

Həsən Əliyev küçəsində minib-düşmə yeri yaradılıb - FOTO

22.05.2026 20:28

Həsən Əliyev küçəsində minib-düşmə yeri yaradılıb - FOTO

Həsən Əliyev küçəsində mövcud küçə parklanma yerinin bir hissəsi ləğv olunaraq yaxınlıqda yerləşən sosial xidmət və tibb müəssisələrinə gələnlər üçün əlavə şərait yaradılıb.

Bu barədə Primeinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, ərazidə “3.28” – “durmaq qadağandır” yol nişanı quraşdırılmaqla minib-düşmə yeri təşkil olunub.

Eyni zamanda, “5.14” – “minik taksilərinin duracaq yeri” yol nişanı yerləşdirilməklə taksilərin sərnişinləri düşürmələri üçün şərait yaradılıb.

Paylaş: