Xəbər axtarın

Son axtarış nəticələri:

“DOST Müfəttiş”: 28 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb

25.05.2026 22:26

“DOST Müfəttiş”: 28 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) və Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən icra edilən “DOST Müfəttiş” layihəsi üzrə artıq 28 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb.

Primeinfo.az-a bu barədə DƏMX-dən məlumat verilib.

Müəssisələrdə qiymətləndirmə əmək qanunvericiliyinin tətbiqi, əməyin mühafizəsinin təşkili, insan resurslarının idarə edilməsi və elektron altsistemlərdən istifadə istiqamətlərini əhatə edib.

Bu sahələrdə mövcud olan boşluqlar, risklər aşkarlanmaqla, onların aradan qaldırılması üçün işəgötürənlərə tövsiyələr verilib, təlim və konsultasiya dəstəyi göstərilib.

Könüllü və ödənişsiz əsaslarla həyata keçirilən layihə iş yerlərində əmək münasibətlərinin qanunvericiliyə uyğun tətbiqinə xidmət edir. Həmçinin, layihə müəssisələrin inzibati məsuliyyət risklərinin azaldılmasına hədəflənib.

“DOST Müfəttiş” layihəsi çərçivəsində müəssisələrlə birgə işlər hazırda da davam etdirilir.

Paylaş: