
Rusiya Silahlı Qüvvələri mayın 26-na keçən gecə Ukraynaya iki “İsgəndər-M” ballistik raketi, 122 zərbə və imitasiya pilotsuz uçuş aparatı ilə hücum edib.
Primeinfo.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, Ukrayna Silahlı Qüvvələri 111 dron vurub, hazırda hücum davam edir.
Məlumata görə, iki “İsgəndər-M” ballistik raketi Rusiyanın Rostov vilayətindən və işğal altında olan Krımdan buraxılıb.
“Saat 08:30-a olan məlumata görə, hava hücumundan müdafiə sistemləri ölkənin şimalında, cənubunda və şərqində “Şahed”, “Herbera”, “İtalmas” və digər tipli 111 PUA-nı vurub və ya zərərsizləşdirib”, – hərbçilər bildiriblər.
Öz növbəsində, Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbovun verdiyi məlumata görə, Xarkova və vilayətin 14 yaşayış məntəqəsinə endirilən zərbələr nəticəsində 3 nəfər həlak olub, 33 nəfər isə xəsarət alıb.