Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda binada yanğın: 7 nəfər tüstüdən ZƏHƏRLƏNİB - FOTO - VİDEO - YENİLƏNİB 

17.03.2026 12:44

Bakı şəhəri, Xətai rayonu, Xocalı 29 ünvanında yerləşən yaşayış binasında baş verən yanğında 7 nəfər zəhərlənib.

Primeinfo.az xəbər verir ki, bu barədə”Report”a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 7 nəfər (5 böyük, 2 uşaq) tüstüdən zəhərlənmə diaqnozu ilə Toksikologiya Mərkəzinə hospitalizasiya olunub.

***

12:15

Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

Fövqəladə Hallar Nazirliyi yanında Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Taleh Babayev deyib ki, yaşayış binasında baş verən yanğına FHN-in 5 texnikası, 20-dən çox şəxsi heyəti cəlb edilib.

O bildirib ki, qısa zamanda yanğının söndürülməsi işləri həyata keçirilib. Mənzillər tam mühafizə olunub, 13 bina sakini təxliyə edilib.

FHN rəsmisi qeyd edib ki, yanğın şaxtaboyu kabellərdə müşahidə olunub:

“Hazırda xəsarət alan yoxdur. Yanğın tam söndürülüb”.

***

12:03

Bakıda hündürmərtbəli binada baş verən yanğınla bağlı bina sakinləri təxliyə edilir.

Primeinfo.az xəbər verir, hazırda əraziyə FHN-nin qüvvələri, polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb edilib.

Yanğında tüstüdən zəhərlənən şəxslər var.

Hazırda yanğının söndürülməsi ilə bərabər təxliyə işləri aparılır.

***

11:38

Bakıda yaşayış binasında yanğın baş verib.

Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Paylaş: