Xəbər axtarın

Son axtarış nəticələri:

Bu gecə üçüncü Qədr gecəsidir

12.03.2026 20:58

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən üçüncü Qədr (əhya) gecəsidir.

Primeinfo.az xəbər verir ki, üçüncü Qədr gecəsi Ramazan ayının 22-dən 23-nə, yəni martın 12-dən 13-nə keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.

Ramazan ayı Azərbaycanda fevralın 19-də başlayıb. Şəvval ayının 1-də, yəni martın 20-da Ramazan (Fitr) bayramı olacaq.

Paylaş: