“ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər Hörmüz boğazından uğurla keçib”. Primeinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, “Axios”a istinadən xəbər verir ki, bu barədə ABŞ rəsmisi məlumat verib. Bildirilib ki, bu, mövcud müharibənin başlanmasından sonra ABŞ hərbi gəmilərinin strateji su yolundan ilk keçididir.
Atəşkəsin elan olunmasına baxmayaraq, bölgədə gərginlik səngimək əvəzinə daha da artmaqdadır. Primeinfo.az xəbər verir ki, İranın “Tehran Times” nəşri ABŞ və İsrailin atəşkəs rejimini dəfələrlə pozduğunu bildirib. Nəşrin yaydığı məlumata görə, bu cür addımlar regionda vəziyyəti yenidən kritik həddə çatdırır və Tehran bunu cavabsız qoymaq niyyətində deyil.
İranın Ali Rəhbəri Müctəba Xamneyi ABŞ və İsraillə atəşkəsi qəbul edib.
ABŞ prezidenti Donald Trampın zərbə endirərək bütöv bir sivilizasiyanı məhv edəcəyi ilə bağlı xəbərdarlığından sonra Tehran sakinləri bayraqlarla küçələrə axın ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə İranın Tasnim xəbər agentliyi məlumat yayıb. Qeyd edək ki, ABŞ-ın hücum etməsi halında İran Səudiyyə Ərəbistanı və BƏƏ-dəki hədəflərə zərbə endirəcəyini açıqlayıb.
İranla müharibə tezliklə bitəcək. Primeinfo.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuat konfransında deyib. O, İranla müharibənin tezliklə bitəcəyini, amma bunun İrandan asılı olduğunu bildirib.
Əgər müharibə davam etsə, “digər cəbhələr” açılacaq. Primeinfo.az xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri Müctəba Xamenei xalqa ilk müraciətində bildirib. O qeyd edib ki, ABŞ və İsrailin daha az təcrübəyə malik olduğu, həssas və zəif digər cəbhələrin açılması ilə bağlı araşdırmalar aparılıb.
İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xamenei xalqa ilk müraciətini edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda davam edən müharibə ilə bağlı danışarkən Türkiyənin mövqeyinin əsla bitərəf ola bilməyəcəyini bildirib. Primeinfo.az xəbər verir ki, Ərdoğan qlobal ədalətsizliyin hökm sürdüyü bir dövrdə Türkiyənin sülh və əmin-amanlıq tərəfdarı olduğunu vurğulayıb: “Biz qardaşlarımızın və qonşularımızın əmin-amanlığını pozan hadisələrdə bitərəf deyilik. Bütün dünyanın gələcəyini təhdid edən məsələlərdə də bitərəf deyilik.