Xəbər axtarın

Son axtarış nəticələri:

Naxçıvanda 150 sürücü təlimə cəlb olunub - FOTO

29.04.2026 11:30

Naxçıvanda 150 sürücü təlimə cəlb olunub - FOTO
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Naxçıvanda beynəlxalq yük daşımaları fəaliyyəti ilə məşğul olan sürücülərə taxoqraflardan istifadəyə dair təlimlər keçirilir.

Priminfo.az-a bu barədə AYNA-dan bildirilib.

Təlimlərə beynəlxalq yük daşımaları fəaliyyəti ilə məşğul olan 150-ə yaxın sürücü cəlb olunub.

Proqram çərçivəsində sürücülərə taxoqrafların tətbiqi və istifadəsi ilə bağlı ümumi tələblər, taxoqrafların təyinatı, növləri və texniki xüsusiyyətləri, sürücülərin iş və istirahət rejimi normaları, sürücü kartı və ondan istifadə qaydaları barədə məlumat verilir.

Praktiki məşğələlər zamanı sürücülər real taxoqraf cihazları üzərində işləmək imkanı əldə edir, qarşılaşa biləcəkləri hallarla bağlı təcrübə qazanırlar. Təlimin sonunda iştirakçılara sertifikat təqdim olunur.

Təlimlər yükdaşıma fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, sürücülərin peşəkar bilik və bacarıqlarının artırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Paylaş: